Yeni il şənliyində sərxoş hərbçini bıçaqlayan şəxsin MƏHKƏMƏSİ
ARANTV.AZ-ın məlumatına görə, cinayət məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilən Məmmədov Zaur Faiq oğlunun məhkəmə prosesi sentyabr ayının 5-də hakim Rəşid Hüseynovun sədrliyi ilə keçiriləcək.
İttiham aktına görə, bu ilin yanvar ayında, yeni ilin 1-ci günü Şaiq Şirinov qəsəbə ərazisində kafelərdən birində Zaur Məmmədovla mübahisə edib. Mübahisə zamanı qanlı hadisə baş verib.
Yevlax rayonunun Aran qəsəbəsində bıçaqlanan 33 yaşlı qəsəbə sakini Şirinov Şaiq Zakir oğlu hərbi qospitala köçürülüb. Təcili əməliyyat olunan qəsəbə sakininin xidmətdən artıq qulluq edən hərbçi olduğu məlum olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədov Zaur Faiq oğlu saxlanılaraq Yevlax RPŞ-nə təhvil verilib. Məlum olub ki, hər iki şəxs yeni ili qeyd edən zaman içkili olublar və oynamaq üstündə aralarında mübahisə düşüb.ölkə.az

