Azyaşlı qızları Türkiyədə satan azərbaycanlı kişi həbs edildi
ARANTV.AZ-ın məlumatına görə, cinayət məcəlləsinin 171.1 (Yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə), 144-1.2.2 (insan alveri), 243 (fahişəliyə cəlb etmə) maddələri ilə təqsirli bilinən Şaməmmədov Namiq Çoban oğlunun məhkəmə prosesinin hazırlıq iclası hakim Camal Ramazanovun sədrliyi ilə keçiriləcək. Cinayət işində 5 qadın zərərçəkmiş qismində tanınıb.
Belə ki, 2018-ci il fevral ayının 11-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının Mingəçevir şəhər polis şöbəsi əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, 1978-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini Şaməmmədov Namiq Çoban oğlunun ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.
ölkə.az

