“Toyota” ağaca çırpıldı: ölən və yaralanan var – YENİLƏNİB
11:32
Xaçmazda baş verən yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində Xaçmazın Üçkün kənd sakini, 1938-ci il təvəllüdlü Əliyev İkram Gülbala oğlu ölüb, 1972-ci il təvəllüdlü Gülməmmədova İlhamə Məmməd qızı xəsarət alıb.
———
10:45
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunun Xaçmazın Yürgüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Toyota Prado” markalı maşın yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib, sərnişin olan həyat yoldaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların hər ikisi sıxılmış vəziyyətdə maşında qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

