Bakıda sürücü qəza törədib hadisə yerindən qaçdı – ANBAAN VİDEO
Bakıda qəza törədib hadisə yerindən yayınan sürücünün görüntüsü qeydə alınıb.
ARANTV.AZ xəbər verir ki, hadisə Füzuli küçəsində baş verib.
Həmin küçədəki yolun sol zolağında hərəkətdə olan 99-NS-805 qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü sağa qəfil manevr edərək həmin zolaqda olan avtomobili vurub.
Sürücü dayanıb avtomobildən düşənə kimi, “Opel” markalı avtomobilin sürücüsü hərəkətə başlayaraq hadisə yerindən qaçıb.Oxu.Az

