Bakıda hündürmərtəbəli binada yanğın — FOTO/VİDEO
Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 2B ünvanında çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindəki mənzildə yanğın baş verib.
ARANTV.AZ xəbər verir ki, Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Bina sakinləri təxliyyə edilib.
Yanğın saat 01:07 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb.
Fotolar və video APA-dan götürülüb.

