Siyasət 

Bolqarıstan Xalq Məclisinin sədri Tsveta Karayançeva Baş nazir Novruz Məmmədovla görüşüb

ARANTV.AZ xəbər verir ki, Ölkəmizdə səfərdə olan Bolqarıstan Xalq Məclisinin sədri Tsveta Karayançeva Baş nazir Novruz Məmmədovla görüşüb.

“Bolqarıstan Azərbaycana dost ölkədir. Bizim çox yaxşı münasibətlərimiz var”. Bolqarıstan Xalq Məclisinin sədri Tsveta Karayançeva ilə görüşdə baş nazir Novruz Məmmədov belə dedi. Vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri zamanı strateji tərəfdaşlıq haqqında imzalanan birgə bəyannamə münasibətlərimizi mühüm strateji səviyyəyə yüksəldərək əlaqələrimizin inkişafı istiqamətində yeni mərhələnin başlanğıcını qoydu. Qonağın Azərbaycana səfərinin parlamentlərarası münasibətlərin inkişafında da mühüm əhəmiyyət kəsb etdiyini bildirən baş nazir ölkəmizin bu əlaqələrə mühüm önəm verdiyini diqqətə çatdırdı. Bu il Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin yüksək səviyyədə keçirildiyini, sentyabrın 21-də isə parlamentin 100 illiyinin qeyd ediləcəyini deyən Novruz Məmmədov Azərbaycanın şərqdə qadınlara seçki hüququnu verən ilk ölkə olduğunu bildirdi. Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün ölkəmizə gələn Bolqarıstan Xalq Məclisinin sədri Tsveta Karayançeva təbriklərini çatdırdı. Qonaq parlamentlər arasında qurulan əlaqələrin digər sahələrdəki əməkdaşlığa müsbət təsirini qeyd etdi.

Daha çox xəbərlər