Dünya 

ABŞ-da koronavirusdan ölənlərin sayı min nəfəri ötdü – YENİLƏNİB

09:16

ABŞ-da yeni növ koronavirusdan (COVİD-19) 1031 nəfər dünyasını dəyişib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Con Hopkins Universitetinin federal və yerli hakimiyyətlərin məlumatları əsasında apardığı hesablamalarda deyilir.

Universitetin məlumatına əsasən, ümumilkdə ölkə ərazisində 68572 koronavirusa yoluxma halı qeydə alınıb.

——–
08:33

ABŞ-da yeni növ koronavirusdan (COVİD-19) 849 nəfər dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ən çox ölüm halları Nyu-Yorkda qeydə alınıb, burada koronavirusdan 192 nəfər ölüb.

Məlumata əsasən, ölkə ərazisində koronavirusa ümumilikdə 60 mindən artıq insan yoluxub.

Daha çox xəbərlər