Qubadlı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə dezinfeksiya işləri aparılır
Azərbaycanda koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət olunması üçün Qubadlı rayonundan olan məcburi köçkünlərin yaşadığı ərazilərdə genişmiqyaslı tədbirlər həyata keçirilir.
ARANTV.AZ xəbər verir ki, Qubadlı Rayon İcra Hakimiyyətində yaradılan xüsusi komissiya infeksiyanın yayılması hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə müvafiq işlər görür. Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə, onların kompakt yaşadığı yerlərdə, binalarda, rayonun idarə və müəssisələrində, ümumtəhsil məktəblərində və uşaq bağçalarında sanitar-dezinfeksiya işləri aparılır.AZƏRTAC

