Dünya 

Serbiya prezidentinin oğlu koronavirusa yoluxub

Serbiya prezidentinin oğlu koronavirusa yoluxub.

Milli.Az bildirir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.

Serbiya prezidenti Aleksandr Vuçiçin böyük oğlu Danilonun koronavirus testinin nəticəsi müsbət çıxıb. Ölkə başçısı rəsmi Instagram hesabında bu barədə post yerləşdirib.

“Oğlumda koronavirus aşkarlanıb və o, xəstəxanaya yatırıb. Oğlum, sən buna qalib gələcəksən”, – prezident Instagram-da yazıb

Qeyd edək ki, ən son statistikaya görə Serbiyada 2447 nəfərdə koronavirus aşkarlanıb və bu günədək 61 nəfər bu xəstəlikdən ölüb.

Daha çox xəbərlər