MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məsləhət Şurasının toplantısı olub
ARANTV.AZ xəbər verir ki, Düşənbədə Müstəqil Dövlətlər Birliyi əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məsləhət Şurasının 31-ci yığıncağı keçirilib. Tədbirdə sosial sahədə Birlik dövlətlərinin əməkdaşlığının nəticələri, qarşıda duran vəzifələr, bu ölkələrdə sosial-əmək sahəsindəki vəziyyət və görüləcək tədbirlər planı müzakirə olunub. Həmçinin 2016-2020-ci illərdə MDB-nin İqtisadi inkişaf strategiyasının üçüncü mərhələsinin həyata keçirilməsi ilə bağlı tədbirlər planının yerinə yetirilməsi məsələləri də diqqət mərkəzində olub. Bu tədbirlər arasında informasiya-metodik, normativ-hüquqi materialların mübadiləsi, Birlik ölkələrinin professional standartlarının vahid prinsiplərinin işlənib hazırlanması və digər məsələlər də var.

