Siyasət 

Rusiya Dövlət Dumasının “Duma TV” kanalı Azərbaycan parlamentinin 100 illik yubileyi ilə bağlı süjet hazırlayıb

ARANTV.AZ xəbər verir ki, Azərbaycan parlamentinin 100 illiyinə həsr edilən tədbir Misir və Sudan mediasında, eləcə də Rusiya Dövlət Dumasının “Duma TV” kanalında işıqlandırılıb. Misir və Sudanın kütləvi informasiya vasitələrində Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə təşkil olunan tədbirin yüksək səviyyədə keçməsi, Azərbaycan xalqının qonaqpərvərliyi, ölkəmizin inkişafı, paytaxt Bakının gözəlliyi barədə məlumat verilib. Vurğulanır ki, iclas dünyanın müxtəlif ölkələrinin parlamentləri arasında dostluq və əməkdaşlıq körpüləri yaradılması üçün böyük əhəmiyyət kəsb edir.  Rusiya Dövlət Dumasının “Duma TV” kanalında Azərbaycan Parlamentinin 100 illik yubileyi ilə bağlı süjet hazırlayıb. Reportajda Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən parlametlərarası sıx əməkdaşlıqdan danışılıb.

Daha çox xəbərlər