Dünya 

İrəvanda mer seçkiləri gərgin keçib

ARANTV.AZ xəbər verir ki, Sentyabrın 23-də Ermənistanda İrəvan meri postuna keçirilən seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb. Sabiq hökumət rəsmilərindən  heç biri seçkidə iştirak etməyib. Məntəqələrdə səsvermənin gedişini izləyən jurnalistlər isə manelərlə üzləşiblər.
“Sentyabrın 23-də Ermənistanda ölkə tarixinin ən darıxdırıcı seçkisi keçirilib”. İrəvan meri seçkisini Ermənistanın məşhur “Panarmenian” portalı məhz bu cür təqdim edib. Bildirilir ki, mer seçkisi inqilabdan sonra ilk olmasına baxmayaraq o nəinki darıxdırıcı, həm də pis göstəricilrə malik olub. 34, 2 faiz seçici fəallığı qeydə alınıb. Bu isə Ermənistan tarixindəki ən aşağı səviyyədir. Üstəlik seçki prosesində xeyli qanun pozuntusu və insident qeydə alınıb. İlkin məlumata əsasən bununla bağlı Mərkəsi seçki komissiyasına və polisə 113 fakt daxil olub. Onlardan biri 2 saylı dairənin 11 nömrəli məntəqəsində baş verib. Seçici baş nazirin dəstəklədiyi namizədin xeyrinə təkrar səs verib. Ermənistan mətbuatı yazır ki, məntəqələrdə səsvermənin gedişini izləyən jurnalistlər və hüquq müdafiəçiləri isə maneələrlə üzləşiblər. Nikol Paşinyanın dəstəklədiyi “Mənim addımım” hərəkatının müşahidəçilərinin aqressiv davranışları mediyanın diqqətindən yayınmayıb. Bu barədə seçkidən sonra keçirilən mətbuat konfransında da məlumat verilib. Helsinki Vətəndaş Assanbleyasının İrəvan ofisinin rəhbəri Artur Sakuntsun tənqidi fikirləri Paşinyan tərəfdarlarını qəzəbləndirib. Hüquq müdafiəçiləri və müstəqil müşahidəçilər canlı yayımda hücuma məruz qalıblar. Mer seçkisində əsas rəqabət “Sarukyan” fraksiyasının deputatı, “Çiçəklənən Ermənistan” Partiyasının namizədi Naira Zöhrabyan ilə “Mənim Addımım” Blokunun namizədi Hayk Marutyunyan arasında olub. Siyasi təcrübə baxımından Naira Zöhrabyanın seçkilərdə qalib gələ biləcəyi ehtimalı yüksək olsa da o,  məğlub olub.  İşğalçı ölkə mətbuatı  seçkidə sabiq prezidentlərindən heç birinin iştirak etməməsinə diqqət çəkib. Onlardan ancaq Robert Koçaryanın buna əsaslı səbəbi olub. Yerli mətbuatın məlumatına görə, Apelyasiya məhkəməsinin onun azad edilməsi haqqında qərarına baxmayaraq eks prezidentin pasportu xüsusi xidmət orqanlarındadır. Koçaryan azadlıqda olsa da, ona qarşı sürülən ittihamlar hələ qüvvədə saxlanılıb. Keçmiş prezidentin vəkillərinin sözlərinə görə, qanunla sənədlər qaytarılmalı idi. “Ölkəmizi Paşinyandan xilas etmək lazımdır”. Bu sözlərlə Robert Koçaryan vətəndaşlara müraciət edib. Sitat: “Bu gün elə vəziyyət yaranıb ki, inqilabı onu başlayanlardan xilas etmək lazımdır. Bu taleyin istehzasıdır”. Keşmiş prezidentin sözlərinə görə, Ermənistanda sevgi və həmrəylik şüarı altında baş verənlər qisas, nifrət və qanunsuzluğa çevrilib. Ölkədə əsil diktatura ab-havası hökm sürür. Halbuki Paşinyan özü əvvəlki hakimiyyəti diktaturada günahlandırırdı.

Daha çox xəbərlər