Moskva İsrailin “göz yaşları”na inanmır
Rusiya Müdafiə Nazirliyi İsrailin Suriyada İl-20 təyyarəsinin vurulmasında günahını sübut edən yeni məlumatlar açıqlayıb.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Hmeymimdəki hərbi bazada yerləşən S-400 zenit-raket sistemindən əldə olunan məlumatlar hadisəyə görə günahın İsrail Hərbi-Hava Qüvvələri və bu qərarı verənlərin üzərinə düşdüyünü sübut edir.
O qeyd edib ki, İsrail tərəfinin günahsızlığı barədə verdiyi bəyanatlar yalandır.

