ABŞ prezidentliyinə namizəd: “Bunu dediyimə inana bilmirəm”
Demokratik partiyadan ABŞ prezidentliyinə namizəd, ölkənin sabiq vitse-prezidenti Co Bayden amerikalıları ağardıcı içməməyə səsləyib.
ABŞ sakinlərinə belə bir müraciəti o, özünün “Twitter” hesabında edib.
I can’t believe I have to say this, but please don’t drink bleach.
“Bunu deməli olduğuma inana bilmirəm, amma ağardıcı içməməyinizi xahiş edirəm”, – deyə siyasətçi yazıb.
Bir müddət əvvəl Eğ Evin nümayəndəsi bildirmişdi ki, ağardıcı tüpürcəkdəki COVID-19 virusunu beş dəqiqə ərzində öldürə bilir.
Prezidenti Donald Tramp isə koronavirusun Günəş işığına məruz qaldıqda məhv olduğunu ehtimal etmişdi. O, həmçinin qeyd etmişdi ki, virusu antiseptiki vena daxilinə yeritməklə də öldürmək olar. Lakin Amerika lideri bir müddət sonra bildirmişdi ki, koronavirusun bu yolla müalicə olunmasını istehza ilə təklif edib.


