Rusiyada sərnişin helikopteri sərt eniş edib – Xəsarət alanlar var
Rusiyanın Yamal-Nen muxtar mahalında Mi-26 sərnişin helikopteri sərt eniş edib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb.
Onlar Novı Urenqoy şəhərində xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanların vəziyyəti barədə məlumat verilmir.
Helikopterin sərt eniş etməsinin səbəbləri ilə bağlı araşdırma aparılır.

