Dünya 

Ermənistanda koronavirusa yoluxanların sayı 1 800 nəfəri keçdi

Ermənistanda koronavirusa yoluxanların sayı 1 808 nəfərə çatıb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 62 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, sutka ərzində 1 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 29 nəfər koronavirusun qurbanı olub, 931 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

Daha çox xəbərlər