Dünya 

Bu ölkədə ötən sutka koronavirusa yoluxma qeydə alınmayıb

Yeni Zelandiyada ötən sutka ərzində yeni növ koronavirusa yoluxma halı qeydə alınmayıb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu “Radio New Zealand” stansiyasının efirində ölkənin baş sanitar həkimi Eşli Blumfild deyib.

Onun sözlərinə görə, son 7 həftə ərzində ilk dəfə koronavirusa yoluxma halı qeydə alınmayıb. Virusa yoluxanların ümumi sayı 1 487 nəfər səviyyəsində qalıb:

“Şübhəsiz ki, bu gün biz çox ümidverici rəqəmlər görürük. Ancaq bu yalnız bir gündür və biz yenə də nizam-intizamı qorumalı və irəliləməliyik”.

E.Blumfild qeyd edib ki, hazırkı dövrədək ölkədə koronavirusdan 20 nəfər ölüb, 1 276 nəfər isə sağalıb. Hazırda xəstəxanalarda 7 nəfər, ev şəraitində isə 184 nəfər müalicəsini davam etdirir.

Qeyd edək ki, Yeni Zelandiyada koronavirusa ilk yoluxma halı fevralın 28-i qeydə alınıb.

Daha çox xəbərlər