Dünya 

Bu həftə İranda CÜMƏ NAMAZI qılınacaq

Koronavirusun yayılması ilə mübarizə çərçivəsində kütləvi namaz və cümə namazlarını qadağan edən İran bu həftə bir çox yaşayış məntəqəsində cümə namazına icazə verəcək.

ARANTV.AZ xəbər verir ki, İranın Cümə İmamları Siyasət Tənzimləmə Şurasının müavini Əli Nuri, bu həftə 157 yaşayış məntəqəsində cümə namazının qılınacağını açıqlayıb.

İranın Cümə İmamları Siyasət Tənzimləmə Şurasının müavini Əli Nuri, Daxili İşlər Nazirliyində keçirilən iclasdan sonra verdiyi açıqlamada bu həftə 157 məntəqədə cümə namazının qılınacağını açıqlayıb.

Nuri, ölkənin 132 bölgəsindəki məscidlərin sabahdan etibarən sağlamlıq protokollarına riayət edilməklə açılacağını, sosial məsafə qaydasının qorunacağı və məscidlərdə sağlamlıq protokollarının yoxlanılacağını bildirib.

Qeyd edək ki, İranda koronavirusa yoluxanların ümumi sayı 97 min 424, həyatını itirənlərin sayı 6 min 203-ə çatıb.Sonxeber.az

Daha çox xəbərlər