Bakıda körpə doğuş zamanı öldü
Bakıda doğuş zamanı körpə ölüb.
Hadisə Dövlət Dəmiryolu Xəstəxanasında qeydə alınıb.
Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Kamilə Əliyeva hamiləliyinin 35-36-cı həftəsində xəstəxanaya daxil olaraq qeysəriyyə əməliyyatı olunub. Əməliyyat zamanı məlum olub ki, onun bətnindəki uşaq ölüb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır. (trend)

