Yeniyetmə qardaşı ilə birgə tutuldu
Abşeron rayonunda iki qardaş tutulub.
ARANTV.AZ xəbər verir ki, Abşeron RPŞ-yə Sumqayıt şəhər sakini İ.İbişlinin “QAZ-3110” markalı avtomobilinin mayın 2-də saat 22 radələrində Saray qəsəbəsi ərazisindən qaçırılması barədə məlumat daxil olub.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün saat 23 radələrində qəsəbə ərazisində elektrik dirəyinə vurulmuş vəziyyətdə tapılıb.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinənlər – qəsəbə sakinləri V.Ağalı və yeniyetmə qardaşı saxlanılıblar.
Araşdırma aparılır.Publika.az

