Dünya 

İri həcmdə maska partiyası oğurlandı

Rusiyanın paytaxtı Moskvada böyük həcmdə tibbi maska partiyası oğurlanıb.

REN TV xəbər verir ki, insident maskaların qəbulu məntəqəsində baş verib.

Dələduz maskaları saxta sənədlərdən istifadə edərək ələ keçirib.

Hazırda oğurlanan maskaların məbləği və dəqiq sayı müəyyənləşdirilir. Oğurluğu həyata keçirən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, koronavirus pandemiyası fonunda Rusiya hökuməti tibbi maska və əlcək daxil olmaqla, bir sıra tibbi ləvazimatların topdan və pərakəndə satışına məhdudiyyət tətbiq edib.

Daha çox xəbərlər