Rusiyada koronavirusdan ölənlərin sayı 1 700 nəfəri keçdi
Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artır.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 10 699 nəfər koronavirusa yoluxub, 98 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 187 859 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 1 723 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 26 608 nəfər virusdan sağalıb, 159 528 nəfərin müalicəsi isə davam edir.

