Dünya 

İndoneziya sahillərində güclü zəlzələ olub

İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Saumlaki yaşayış məntəqəsindən 259 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat hazırda verilməyib.

Daha çox xəbərlər