Bakıda kişinin əl çantasını oğurlayan şəxs saxlanıldı
Bakı sakininin əl çantasını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
ARANTV.AZ xəbər verir ki, mayın 11-i, gecə saatlarında Səbail rayonu, N.Qurbanov küçəsində paytaxt sakini O.Quliyevə məxsus, içərisində 260 manat, 2 200 Rusiya rublu, bank kartları, sənəd, açar və mobil telefon olan əl çantası oğurlanıb.
O, soyğunçuluq faktı ilə bağlı polisə müraciət edib.
Məlumat əsasında Səbail RPİ-nin Cinayət Axtarış Şöbəsi və 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü E.Dostəliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. Oxu.Az

