Bakıda gənc vəhşicəsinə döyüldü
Bakının Nizami rayonunda döyülmə hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.
1995-ci il təvəllüdlü Səfərov Elmir Niyazi oğlu tanıdığı şəxs tərəfindən döyülüb. O, üz-çənə sümüklərinin sınığı, ağır kəllə-beyin travması diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirilib.APA

