Marneulidə karantin rejimi aradan qaldırılır
Gürcüstan ərazisində həm açıq, həm də qapalı məkanlarda üçdən çox şəxsin toplaşması məhdudiyyəti aradan qaldırılır.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Qaxaria deyib.
Bundan başqa, nazir bildirib ki, Marneulidə mayın 18-dən etibarən karantin rejimi ləğv olunacaq.
Qeyd edək ki, Marneuli martın 23-də karantin zonası elan olunub.

