Siyasət 

Hikmət Hacıyev: Pandemiya dövrü özünütəcrid deyil, qlobal həmrəylik vaxtıdır

“Azərbaycan beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etməklə ortaya qoyduğu mövqe ilə göstərir ki, pandemiya dövrü ölkələrin özünütəcrid deyil, qlobal həmrəylik vaxtıdır”.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “EurActiv” portalına müsahibəsində deyib.

O bildirib ki, Azərbaycanın hazırda sədrlik etdiyi iki təşkilat – Türk Şurası və Qoşulmama Hərəkatında əsas prinsip bütün üzvlərlə açıq ünsiyyətin qorunmasıdır.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusa qarşı cavab tədbirləri Fonduna 5 milyon dollar keçirib.

O əlavə edib ki, Qoşulmama Hərəkatının onlayn sammitində Azərbaycan Prezidenti İlham Əliyev Latın Amerikası, Afrika və Asiya ölkələrinin dəstəklənməsi üçün ÜST-ə daha 5 milyon dollar vəsaitin ayrıldığını bəyan edib:

“İndi qlobal miqyasda tədbirlər görmək və bütün dünyada vəziyyətə görə məsuliyyəti üzərinə götürmək vaxtıdır. Bu istiqamətdə ÜST-dən başqa digər səlahiyyətli təşkilat yoxdur”.

Daha çox xəbərlər