Dünya 

Rusiyada ilk dəfə koronavirusa təkrar yoluxma faktı qeydə alınıb

“Rusiyanın Buryatiya respublikasında COVID-19-dan sağalan qadın ikinci dəfə virusa yoluxub”.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu respulika xəstəxanasının baş həkimi deyib.

Onun sözlərinə görə, həmin xəstə aprelin 21-də iki mənfi testdən sonra evə buraxılıb. 16 gün sonra yenidən xəstəlik simptomları hiss edən qadından götürülən koronavirus testi müsbət nəticə verib.

Bu, Rusiyada qeydə alınan ilk təkrar yoluxma faktıdır.

Daha çox xəbərlər