Qadın iki fərqli kişidən əkiz doğdu
Ərinə xəyanət edən qadın iki fərqli atadan əkiz dünyaya gətirib.
ARANTV.AZ-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, hadisə Çində baş verib.
Həqiqət bu ölkədə icbari olan DNT analizindən sonra üzə çıxıb.
Bu hal tibb elmində “heteropaternal superfekundasiya” adı ilə, yəni müxtəlif atalardan çoxsaylı mayalanma fenomeni kimi məlumdur və 10 milyon hamiləlikdə bir dəfə baş verə bilər.
Bunun baş verməsi üçün qadının orqanizmində bir ayda bir yox, iki yumurta əmələ gəlməlidir və o, qısa müddətdə azı iki kişi ilə cinsi əlaqəyə girməlidir.
Superfekundasiya insanlarda nadir hal olsa da, it və pişiklərdə buna rast gəlinir.

