Sosial 

Koronavirus dövründə ölkədə qanunsuz yaşayanların sayı artıb – RƏSMİ

“Pandemiya dövründə ölkədə qanunsuz yaşayan əcnəbilərin sayında artım müşahidə olunub”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunun obyektiv səbəbləri də ola bilər:

“Müəyyən şəxslər var ki, onların ölkədə olma müddəti keçib və uzadılma ilə bağlı müraciət etmir. Belə artımı rəqəmlərdə görmək mümkündür. Pandemiya dövründə müəssisələr məhdud fəaliyyət göstərdiyi və yeni əcnəbilər gəlmədiyi üçün iş icazələrinin alınmasında azalma müşahidə edilir”.

Xidmət rəisi qeyd edib ki, pandemiya dövründə əmək fəaliyyəti məhdudlaşıb, hərəkətlilik aşağı düşüb:

“Müəssisələr icazə sistemində qeydiyyatdan keçmiş şəxsləri işə cəlb edə bilirdi. Əgər əcnəbi qanunsuz şəkildə ölkədə qalırsa, onun sistemdən icazə alması da çətinləşir. Bunun üçün pandemiya dövründə əmək fəaliyyətinin məhdudlaşdırılması əcnəbilər arasında qanunsuz fəaliyyətlə məşğul olanların sayında aşkarlanma sayının azalmasına səbəb olub.

Bu dönəmdə məsuliyyətə cəlbetmə, inzibati tədbirlərin tətbiqini nisbətən məhdudlaşdırmışıq. Çünki belə halları aşkar etmək üçün əməkdaşlarımız da yoxlamalar həyata keçirməlidir, müşahidələr aparılmalıdır”.Oxu.Az

Daha çox xəbərlər