Dünya 

60 milyon insan yoxsulluqla üz-üzə qalacaq – Proqnoz

Koronavirus pandemiyası ilə əlaqədar bütün dünyada 60 milyona yaxın insan yoxsulluqla üzləşə bilər.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Dünya Bankının rəhbəri Devid Mallass videokonfrans zamanı deyib.

O bildirib ki, Dünya Bankı pandemiya nəticəsində dünya iqtisadiyyatının dərin resessiya dövrünə daxil olacağını proqnozlaşdırır.

Bundan başqa, bank rəhbəri əlavə edib ki, qurum 2021-ci ilin ortalarınadək ölkələrə ümumilikdə 160 milyon dollar kredit verəcək.

Daha çox xəbərlər