Torontoda atışma olub: 3 nəfər yaralanıb
Kanadanın Toronto şəhərinin mərkəzində atışma nəticəsində 3 nəfər yaralanıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər bir oğlan və bir kişinin həyatda qalması üçün mübarizə aparır.
Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti ağır, lakin sabitdir.
Şahidlərin dediyinə görə, altı-yeddi atəş və birdən yola düşən avtomobilin səsini eşidiblər.

