Moskvada sutkada 73 nəfər koronavirusdan ölüb
Ötən sutka ərzində Moskvada koronavirusa yoluxan daha 73 xəstə ölüb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə koronavirus ilə bağlı vəziyyətə nəzarət etmək və monitorinq üzrə əməliyyat qərargahından bildiriblər.
Məlumatda deyilir: “Moskvada sətəlcəm diaqnozu qoyulan və koronavirus infeksiyası üçün edilən testi müsbət çıxan 73 xəstə ölüb”.
Ümumilikdə paytaxtda 2183 nəfər koronavirusdan ölüb.

