Rusiyada daha 169 nəfər koronavirusdan ölüb
Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqdadır.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 8 831 nəfər virusa yoluxub, 169 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 441 108 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 5 384 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 204 623 nəfər virusdan sağalıb, 231 101 nəfərin müalicəsi isə davam edir.

