Dünya 

Atasının qisasını almaq üçün 15 il gözlədi

Türkiyənin Samsun şəhərində bir kişi 15 il əvvəl öldürülən atasının intiqamını alıb.

“HaberGlobal” məlumat verir ki, 2005-ci ildə torpaq üstündə mübahisə zəminində Selami Gürtel İsmayıl Y.-ni öldürüb.

S.Gürtel 15 il həbsxanada cəzasını çəkdikdən sonra, 76 yaşında azadlığa çıxıb.

Onun öldürdüyü şəxsin 41 yaşlı oğlu Harun Y. atasının öldürüldüyü yerdə S.Gürteli qətlə yetirib.

Polis şübhəlinin axtarışlarına başlayıb.

Daha çox xəbərlər