Şəkidə evdən qızıl oğurlayan şəxs tutuldu
Şəki Şəhər Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birindən 1 500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, şöbə əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nicat Abdulkərimov saxlanılıb.
Oğurladığı qızılların bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı ŞRPŞ-də cinayət işinə başlanılıb, araşdırma aparılır.

