Qusarda canavarlar təsərrüfata hücum edərək 12 qoyunu parçaladı – FOTO
Qusarın Həsənqala kəndində canavarlar təsərrüfata hücum edib.
Baku TV-nin xəbərinə görə, kənd sakini Şöhrət Nemətovun tövləsinə soxulan yırtıcılar 11 qoyunu parçalayıb.
Canavarlar kənd sakini Cavanşir Zeynalovun da təsərrüfatına hücum ediblər.
Şöhrət Nemətov bildirib ki, hadisə gecə saat 3-4 radələrində baş verib. Canavarlar hasardan aşaraq həyətyanı sahədəki tövləyə soxulub. İki ay əvvəl də kənddə canavarların təsərrüfata hücumu qeydə alınıb.
Faktla bağlı Qusar Rayon Baytarlıq İdarəsinə və yerli icra qurumlarına məlumat verilib.

