Dünya 

Texasda sutka ərzində rekord sayda koronavirusa yoluxma halları aşkarlanıb

Texas ştatında son sutka ərzində rekord sayda koronavirusa yoluxma halları qeydə alınıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə “Texas Tribune” qazeti xəbər yayıb.

Məlumata əsasən, ştatda son sutkada xəstəxanalara bu virusa yoluxan 2 166 nəfər yerləşdirilib.

Daha əvvəlki rekord göstəricilər bu həftə ərzində – 2 008 və 2 153 nəfər təşkil edib.COVİD-19 virusunun müəyyənləşdirilməsi üçün aparılan testlərin müsbət olan nəticələri isə son sutkada Texas ştatında 1 724-ə çatıb. Ümumilikdə ştatda koronavirusa yoluxanların sayı 83 680-ə yüksəlib.

Daha çox xəbərlər