Gürcüstanda koronavirusa 14 yeni yoluxma qeydə alınıb
Gürcüstanda koronavirusa yoluxanların sayı 851 nəfərə çatıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 14 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bu günədək Gürcüstanda 13 nəfər koronavirusdan ölüb, 702 nəfər isə sağalıb. Xəstəxanalarda 136 nəfərin müalicəsi davam edir.

