Sosial 

Naxçıvanda uçuşa icazə üçün koronavirus testlərinin verilməsində problem yarandı

İyunun 18-dən ölkə ərazisində daxili uçuşların – Naxçıvan Muxtar Respublikasına bərpa edilməsi nəzərdə tutulur.

ARANTV.AZ xəbər verir ki, ölkə ərazisində koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədi ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin daxili reyslərindən istifadə edən sərnişinlərdən COVID-19 testinin verilməsi tələbi qoyulub. Bu məqsədlə aq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Sərnişinlər üçün onlayn növbə (COVID-19)” adlı yeni elektron xidmət istifadəyə verib.

Lakin bu gün TƏBİB-in sistemindən elektron növbə alan xeyli insan Naxçıvandakı laboratoriyada xoşagəlməz halla qarşılaşıblar.

Belə ki, səhər saat 9-10 üçün növbə götürmüş sərn işinlər hələ də qəbul edilməyib və onlar 40-45 dərəcə günün altında hələ də gözləyirlər.

Bildirilir ki, elektron növbələşmə ilə problemin həll ediləcəyi deyilsə də, bu baş verməyib və hazırda insanlar növbə vaxtılarında saatlarla keçməsinə baxmayaraq hələ də test vermək üçün gözləyirlər.

Qeyd edək ki, yayılan məlumatda qeyd edilib ki, uçuşdan ən gec 48 saat əvvəl və ən tez 96 saat əvvəl COVID-19 üçün müayinədən keçmək lazımdır.

Tibb müəssisəsinə müraciət edən vətəndaş şəxsiyyət vəsiqəsini və uçuş biletini mütləq şəkildə qeydiyyatçıya təqdim etməlidir. Sərnişinlərdən tələb olunan COVID-19 testi ödənişsizdir.Publika.az

Daha çox xəbərlər