Bu ölkədə iki gün ard-arda koronavirusa yoluxma qeydə alınmayıb
Estoniyada son iki gün ərzində koronavirusa yeni yoluxma qeyd alınmayıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə departamenti bildirib. Bu günədək Estoniyada 1 981 nəfər virusa yoluxub, onlardan 1 765 nəfəri sağalıb.
69 nəfər virusun qurbanı olub, 147 nəfərin müalicəsi davam edir.

