İran koronavirusa yoluxanların sayına görə yenidən ilk onluqda
Koronavirusa yoluxanların sayı artmaqda davam edir.
ARANTV.AZ xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən yeni növ koronavirusa yoluxanların sayı 9,193,194-ə çatıb. 474,467 nəfər bu virus səbəbi ilə dünyasını dəyişib. 5 milyona yaxın insan yaxşılaşaraq evə buraxılıb.
ABŞ uzun müddətdir ki, koronavirusa yoluxanların və ölənlərin sayına görə siyahıya liderlik edir. Siyahının ikinci yerində karantin rejimi tətbiq olunmayan Braziliya dayanır. Qonşu ölkələrdən Rusiya üç, Türkiyə 12-ci yerdədir. Gürcüstan isə siyahının sonlarında yerləşir.
Ermənistanda vəziyyət qətiyyən ürək açan deyil. İran isə bir müddət əvvəl onluqdan çıxsa da, yenidən onuncu yerdə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan siyahının 58-ci yerindədir. Ölkəmizdə bu virus səbəbindən 161 nəfər dünyasını dəyişib.Milli.Az

