Avstriya Prezidentinin slovakiyalı həmkarı ilə görüşü COVID-19-a görə təxirə salınıb
Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellenin koronavirus pandemiyası başlayandan bəri ilk xarici səfəri təxirə salınıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, buna səbəb Slovakiya Prezident Administrasiyasında əməkdaşlar arasında COVID-19-a yoluxma şübhəsi olub. Avstriya mətbuatının verdiyi məlumata görə, bu səbəbdən Aleksander Van der Bellen və Slovakiya Prezidenti Zuzana Çaputova arasında görüş baş tutmayıb.
COVID-19 şübhəsi ilə əlaqədar Slovakiya dövlətinin başçısını bu həftənin cümə gününə kimi nəzərdə tutulan bütün görüş və tədbirləri təxirə salmalı, hər ehtimala qarşı karantin qaydalarına əməl etməli olub.

