Qazaxıstanda koronavirusa yoluxanların sayı 20 mini ötüb
Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 569 nəfər yoluxub.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 20 319 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 3 nəfər ölüb. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 12 548 nəfər sağalıb, 150 nəfər isə vəfat edib.

