Əfqanıstanda bazarda partlayış – 10 ölü
Əfqanıstanın cənubundakı Helmand əyalətində bazarda baş vermiş partlayış nəticəsində 10 nəfər həlak olub.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə heyvan bazarında baş verib. Partlayış nəticəsində daha 1 nəfər xəsarət alıb.
Təhlükəsizlik orqanlarının məlumatına görə, hadisə partlayıcı maddənin işə düşməsi nəticəsində olub.
Öz növbəsində, “Taliban” radikal hərəkatı hadisənin hərbçilərin minaatanlardan atəş açması nəticəsində baş verdiyini elan edib.

