Dünya 

“Aya Sofya qərarı Rusiya-Türkiyə münasibətlərinə zərər verməz”

Rusiya Prezidentinin sözçüsü Dmitriy Peskov Aya Sofyanın məscidə çevrilmə qərarının Rusiya-Türkiyə münasibətlərinə zərər verməyəcəyini bildirib.

ARANTV.AZ  virtualaz.org-a istinadən bildirir ki, Dmitriy Peskov bu barədə “Avtoradyo” radiokanalına müsahibəsində açıqlama verib.

“Ayasofya qərarının rus-türk münasibətlərinə zərər verəcəyini düşünmürəm. Bu məsələnin Türkiyənin daxili işi olduğuna dair bizim rəsmi mövqeyimiz var. Türk tərəfdaşlarımızın hər hansı bir qərarda Aya Sofyanın daha əvvəl UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısında olduğunu və bir çox xristiyan və ortodokslar üçün müqəddəs məna daşıdığını nəzərə alacağına ümid edirik”, – Peskov bildirib.

Daha çox xəbərlər