Şimali Koreya ilk koronavirusa yoluxma faktını elan edib
Şimali Koreyada ilk koronavirusa yoluxma faktı qeydə alınıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə dövlət mətbuat orqanları bildirib.
Qeyd olunub ki, virus Cənubi Koreyadan geri qayıtmış şəxsdə aşkar edilib.
Həmin şəxsin 3 il əvvəl Şimali Koreyadan Cənubi Koreyaya qaçdığı bildirilib.Bu günədək Şimali Koreyada koronavirusa yoluxma hallarının olub-olmaması barədə məlumatlar qeydə alınmamışdı.

