8 ildən sonra övladı olan, lakin üzünü görməyən şəhidimizin TOYDAN VİDEOSU
Ermənistanın Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olan 12 hərbi qulluqçumuzdan biri də gizir Yaşar Babayev olub
ARANTV.AZ xəbər verir ki, şəhidimizin toyda rəqs edən zaman çəkilmiş görüntüləri sosial şəbəkədə yayılıb. Görüntülər izləyicilər tərəfindən ürək ağrısı ilə qarşlanıb.
Qeyd edək ki, Ağstafa rayonunun Köçəsgər kəndinin sakini Yaşar Babayev ailəli olduğu səkkiz il ərzində övlad həsrəti ilə yaşayıb. Səkkiz ildən sonra ona övlad nəsib oldu, lakin o, körpəsinin doğulduğu günü görə bilməyib. Şəhid gizirimiz yolunu gözlədiyi qızına Narin adını verilib.
Həmin görüntüləri təqdim edirik:
BiG.AZ

