Dünya 

Rusiyada koronavirusdan ölənlərin sayı 14 mini keçib

Rusiyada son sutka ərzində daha 5462 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 845 443 nəfərə çatıb.

Son sutka ərzində 95 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 14 058 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 646 524 nəfərdir.Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.

Daha çox xəbərlər