Hadisə 

Tovuzda ağır qəza: 69 yaşlı qadın xəstəxanalıq oldu – VİDEO

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2106” markalı minik maşını ilə “Mercedes” avtomobili toqquşub.

Hadisə zamanı 1951-ci il təvəllüdlü Mehdiyeva Dilarə xəsarət alıb və Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin vəziyəti orta-ağır qiymətlənfirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Baku TV

Daha çox xəbərlər